Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Şəki Regional Mədəniyyət və Turizm İdarəsi

Tabe təşkilatlar

Mərkəzi kitabxanalar sistemi

Zaqatalada ilk qiraətxana 1906-сı ildə açılıb. 1920-ci ilə qədər yalnız bir müsəlman qiraətxanası olmuş və o uzun müddət yerli əhaliyə xidmət göstərən yeganə mədəniyyət ocağı kimi tanınmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci ilin sentyabr ayında Zaqatala Qəza Komitəsinin Təbliğat şöbəsinin yanında partiya üzvüləri və zəhmətkeşlər üçün qiraət koması təşkil edilmiş və 1923-cü ilin sentyabr ayında bu qiraət koması kütləvi kitabxanaya çevrilmişdir. Zaqatalada kitabxana işinin təşkili məhz bu tarixlə bağlıdır. Rayonun 42 kənd kitabxanası 1974-cü ilin iyul ayından rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin filialları kimi fəaliyyət göstərməyə başlamışdır. Rayon Mərkəzi kitabxanası 1923-cü ildə yaranıb və1938-ci ildə yeni bina ilə təmin olunub.Zaqatala rayon XDS İcraiyyə Komitəsinin 31 mart 1947-ci il tarixli 225 №li əmrinə əsasən rayon Mərkəzi kitabxanasına Azərbaycan xalqının dahi şairi N.Gəncəvinin adı verilmişdir. Zaqatala rayon MKS 57 kitabxananı əhatə edir.
Dövlət Proqramına uyğun olaraq Zaqatala MKS vebsaytı (www.zagatala.cls.az) yaradılmışdır.2011-ci ildə Zaqatala Mərkəzi kitabxanasında informasiya resurs mərkəzi yaratmaq üçün "İRBİS" proqramı alınmış və elektron kataloq yaradılması işi həyata keçirilir.

Ünvan:
Zaqatala şəhəri