Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Şəki Xalq Tətbiqi Sənəti muzeyi


Xalq Tətbiqi Sənəti muzeyi 1985-ci ildə iyun ayının 9-da açılmışdır. Bu muzey qədim Alban məbədində yerləşir ki, buna da el arasında "Dairəvi məbəd" deyilir. Muzeyin yerləşdiyi binanın tarixi haqqında mülahizələr müxtəlifdir. Bu Azərbaycan Qafqaz Albaniyası dövrünə məxsus xristiyan memarlıq abidəsidir. Məbədin ilkin formasının VIII əsrə qədər tikildiyi güman edilir. Bu dövr Albaniyada xiristianlığın daha geniş yayılmasının II mərhələsinə təsadüf edilir. Məbəddə dəfələrlə təmir-bərpa işləri aparılmışdır. Bəzi tarixi mənbələrə görə hətta Dərviş Məhəmməd, Çələbi xan dövründə də təmir işləri aparıldığı məlumdur.
Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra (XIX əsr) isə vilayətin mərkəzi şəhəri olan Nuxada Dairəvi Məbədə konstruktiv dəyişikliklər edilərək, rus əsgərlərinin kilsəsi kimi istifadə olunmuşdur.
Xalq Tətbiqi Sənəti muzeyi Şəki şəhərində məhşur olan, qədimdən bu zamana kimi gəlib çatan sənətlər haqqında və şəhərdə tanınmış sənətkarlar haqqında məlumat verilir. Tətbiqi sənət nümunələri nümayiş etdirilir. Müzey 4 ekspozisiya zalından ibarətdir. I zalda Şəki ərazisindən tapılmış arxeoloji qazıntılar nümayiş etdirilir. Burada müxtəlif tipli gül qablar və qadın, kişi qəbirlərindən tapılmış zinət əşyaları, nizə ucluqları var. II əsas zalda isə ümumi sənətkarlıq bölməsi yerləşir. Burada duluzçuluq, xarratlıq, təkəldüz, misgərlik, şəbəkə, memarlıq, papaqçılıq sənət nümunələri nümayiş etdirilir. Bu sənətlərdə məşğul olan ustalar haqqında geniş məlumatlar verilir. III zalda əsasən milli qadın və kişi geyimləri, milli musiqi alətləri, ipəkçiliyə aid olan nümunələr nümayiş etdirilir. IV zal isə "Şəki otağı" adlanır. Burada qədim Şəki evlərinin interyeri nümayiş etdirilir. Milli adətlərə uyğun olaraq evlərimizdə olan rəflər, taxçalar, döşəklər, sandıq, cəhrə, yun darağı və s. nümunələr ekspozisiyani təşkil edir. Muzeyin ekspozisiyasında 500-dən çox eksponat nümayiş etdirilir.

Muzeyin direktoru: Abdullazadə İradə Fikrət qızı

Ünvan:
Şəki şəhəri, Qala divarları ərazisi
Telefon:

024 24 4-49-01

E-mail:

sheki.xtsm@mail.ru

Url:
facebook.com/Xalq-Tətbiqi-Sənəti-muzeyi

 

82.3 KB

 

81.6 KB

 

82.4 KB