Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İ.Nakam adına Şəki Mərkəzi Kitabxanasında “Heydər Əliyev Azərbaycan mədəniyyətinin banisidir” mövzusunda dəyirmi masa keçirilib

12.04.2019

Aprelin 12-də Şəki MKS-nin İ.Nakam adına Şəki Mərkəzi Kitabxanasında “Heydər Əliyev Azərbaycan mədəniyyətinin banisidir” mövzusunda dəyirmi masa keçirildi. Şəki MKS-nin direktoru S.Vahabov tədbiri açaraq, Ulu Öndərin fəaliyyətinin incəsənətimizin və mədəniyyətimizin bu gün ən dəyərli mövzusu olduğunu qeyd etməklə, mədəniyyətimizə Heydər Əliyev qayğısından, musiqinin, teatrın, kino sənətinin, heykəltaraşlığın, rəssamlığın, xalça sənətimizin bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələndiyindən bəhs etdi.

Şəki Regional Mədəniyyət İdarəsinin mətbuat katibi, “Mədəniyyət qalası” qəzetinin baş redaktoru Yusif Rəhimov Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoyduğunu, milli mənəvi dəyərlərimizin beynəlxalq aləmdə tanındığını və həmin ənənəyə sadiq olaraq hal-hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən qloballaşan dünyada həm daxili, həm də xarici siyasət kursunun uğurla davam etdirildiyini vurğulayaraq, islahatlarla bağlı son yeniliklərdən və Azərbaycanın dünya səviyyəsində möhkəmlənən mövqeyindən danışdı.

Çıxışlar və müzakirələr tamamlandıqdan sonra “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı videoçarx nümayiş olundu. MKS işçiləri dəyirmi masanı keçirməklə, Heydər Əliyevin yaxın vaxtlarda qeyd olunacaq doğum günü ərəfəsində Ulu Öndərə olan dərin sevgi və ehtiramlarını bir daha qeyd etmiş oldular.

 

128.3 KB

 

141.8 KB

 

113.3 KB