Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuzun Bayan kənd kitabxanasında “Ölümü ilə ölməzlik qazanan şair - Nəsimi”adlı mütaliə həftəsi keçirilib

09.04.2019

Aprel ayının 9-da Bayan kənd kitabxanasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar “Ölümü ilə ölməzlik qazanan şair- Nəsimi” başlıqlı mütaliə həftəsi keçirilib.Tədbirdə kitabxananın ən fəal oxucuları olan kənd orta məktəbinin yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə kitabxanaçı Nigar Nurməmmədova açaraq, “2019-cu il Nəsimi ilidir” başlıqlı məruzə ilə çıxış edib. Sonra Firəngiz Babayevanın “Şair İmadəddin Nəsiminin həyat və yaradıcılığı” haqqında məruzəsi dinlənilib. Şagirdlərdən Firəngiz Cumayeva “Məndə sığar iki cahan, mən bu cahana sığmazam”, Mehdi Kərimov “Ayrılır”qəzəlini, Fatimə Şirəliyeva “Mən mülkü cahan mənəm, mən” şeirlərini söyləyiblər.

Tədbir “Nəsimi” kinofilmi ətrafında diskussiya ilə başa çatıb.  

 

34 KB

 

35.4 KB

 

33.5 KB