Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Almalı kənd mədəniyyət evində C.Cabbarlının “Sevil” əsərinin müzakirəsi keçirilb

09.04.2019

Aprelin 9-da Qax rayonu Almalı kənd mədəniyyət evində, Almalı kənd kitabxana filialı ilə birgə C.Cabbarlının 120 illik yubleyi ilə əlaqədar “Sevil” əsərinin müzakirəsi keçirildi. Tədbiri giriş sözü ilə Almalı kənd kitabxana filialının müdiri Güləfruz Abdullayeva açaraq yazıçının həyat və yaradıcılğı haqqında məlumat verdi. C.Cabbarlı yaradıcılığında qadın obrazlarına daha çox yer verdiyini vurğuladı. Çıxış edən Almalı kənd mədəniyyət evinin metodisti İbrahim Əhmədov C.Cabbarlı əsərlərində qadın azadlığının ön plana çəkildiyini söyləyərək, onun “Sevil” pyesindən başqa qadın adları ilə yazdığı digər hekayələrə də toxundu. Almalı kənd kitabxanasının işçisi Leyli Allahverdiyeva C.Cabbarlının “Sevil” pyesində Sevil obrazının geniş təhlilini verdi. Sonda “Sevil” tamaşasından fraqmentlər nümayiş etdirildi.

 

120.8 KB