Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Balakən rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələri tərəfindən bayram konsertləri təşkil edilir

15.03.2019

Hər il olduğu kimi, ənənəvi olaraq bu ildə Novruz bayramı ilə əlaqədar Balakən rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələri tərəfindən rayon ərazisində yerləşən hərbi hissələrdə bayram konsertləri təşkil edilir. Belə ki, martın13-də  Qaysa kənd folklor evi, Şərif kənd sənətkarlıq klubu, Qullar kənd sənətkarlıq evi, martın 14-də isə Mahamalar, İtitala, Katexkənd folklor evləri hərbi hissələrdə rəngarəng konsert proqramları ilə çıxış etmişlər. Şəki RMİ-nin Balakən rayonu üzrə baş məsləhətçisi Şəfəq Hacıyevanın verdiyi məlumata görə Novruz bayramı ilə əlaqədar musiqili-əyləncəli tədbirlərin mart ayının sonunadək davam etdiriləcəyi nəzərdə tutulmuşdur.

 

68.6 KB

 

71.5 KB

 

59.1 KB