Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuz rayonunun gəncistedadları Novruzun gəlişi ilə əlaqədar konsert proqramı ilə çıxış ediblər

13.03.2019

Novruzun gəlişi ilə əlaqədar Oğuz rayon 7 illik uşaq musiqi məktəbi ənənəvi olaraq rayonun orta təhsil müəssisələrində silsilə konsertlər təşkil edir. Bu ildə həmin ənənəyə uyğun  olaraq kollektiv rayonun Xaçmaz kəndində orta təhsil məktəblərinin müəllim və şagirdlərinin qarşısında geniş konsert proqramı ilə çıxış etmişdir. Konsert 13 mart 2019-cu il saat 12.00-da Xaçmaz kənd diyarşünaslıq evində baş tutmuşdur. Konsertdə kənd ictimaiyyətinin nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

Gənc ifaçıları məktəbin şagirdlərindən ibarət “Cücələrim” ansamblı müşayiət edib. Bədii rəhbəri Araz Umarov, konsertmeysteri Mürsəl Paşayev olan ansamblın çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

42.5 KB

 

42.6 KB

 

50 KB