Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuz rayon Mədəniyyət Mərkəzinin kollektivi 106 yaşlı Zərnişan nənənin bayramını təbrik ediblər

13.03.2019

Elimizə bahar gəlir. Özü ilə bərabər bolluq, bərəkət, firavanlıq, gətirir. Bayramların şahı olan Novruz öz çərşənbələri ilə bərabər Vətənimizə qədəm qoymaqdadır.

Bu gün 3-cü çərşənbə “Yel çərşənbəsi”dir. Oğuz rayon Mədəniyyət Mərkəzinin kollektivi Oğuz rayonunun Calud kəndində yaşayan, Ermənistandan məcburi köçkün, 2 qız və 4 oğul anası olan Zərnişan nənəni 106 yaşı tamam olması və “Yel çərşənbəsi” günü münasibətilə təbrik ediblər. Zərnişan nənənin 20-dən artıq nəvəsi, 12 nəticəsi və 8 kötükcəsi vardır. Nənə hal-hazırda onunla birlikdə yaşayan Mehriban adlı nəvəsi haqqında “mənim yaşamağımda ən böyük dayağımdır”- deyir.

Sazlı-sözlü nəğməli qonaqlar ev sahibləri tərəfindən cöx səmimi qarşılandılar. Mirməhəmməd Malıyev və Mikayıl Novruzovun ifa etdiyi xalq mahnıları Zərnişan nənəni çox-çox keçmişlərə apardı.

Oğuz rayon Mədəniyyət Mərkəzinin direktoru Şərgiyə Mikayılova gətirdiyi hədiyyələri nənəyə təqdim etdi. Nənə xeyir-dua edərək dünyamıza salamatlıq və əmin-amanlıq arzuladı.

Görüşdə Oğuz rayon Mədəniyyət Mərkəzinin işçilərindən başqa Calud, Bucaq və Böyük Söyüdlü filiallarının işçiləri də yaxından iştirak etdilər.

 

36.1 KB

 

24.9 KB