Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Balakən MKS-nin İtitala kənd filialında İmadəddin Nəsiminin 650 illik yubleyi ilə əlaqədar poeziya gecəsi keçirilib

12.03.2019

12.03.2019-cu il tarixdə Balakən MKS-nin İtitala kənd kitabxana filialında böyük filosof, şair İmadəddin Nəsiminin 650 illik yubleyi ilə əlaqədar “Mən bu cahana sığmazam” adlı poeziya gecəsi keçirildi.

Poeziya gecəsində MKS-nin işçiləri, İtitala kənd kitabxanasının fəal oxucuları, müəllimlər və tibb məntəqəsinin işçiləri iştirak etdilər.

Poeziya gecəsini filialın müdiri R.Qurbanova açaraq qeyd etdi ki, İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirimizin təməlini qoymuş, bədii söz sənətimizi forma və məzmunca zənginləşdirmişdir. Şair poeziyada həyat və insan barəsində yeni bir baxış, bəşəri dünya görüşünü əks etdirmişdir.

Gecədə kitabxanaçı Z.Əliyeva “İctimai fəlsəfi şair” mövzusunda məruzə oxudu. Balakən rayon MKS-nin direktoru M.Tağıyevanın, İtitala kənd İƏDÜ nümayəndəsi Q.Balayevin, kənd tam orta məktəbin təşkilatı işlər üzrə direktor müavini S.İskəndərovanın çıxışları dinlənildi.

Sonra fəal oxuculardan Məryəm Paşayeva, Şaban Vahabov, Xanım Əliyeva, Samirə Xəlilova və başqaları şairin “Mən bu cahana sığmazam”, “Hardasan”, “ Gəl ey Dilbər iki cahanda cansan” və başqa qəzəllərini böyük həvəslə söylədilər.

Balakən rayon MKS-nin direktoru M.Tağıyeva poeziya gecəsində fəal iştirak edən Ş.Şabanovu, məktəbin direktor müavini S.İskəndərovanı, kitabxanada keçirilən tədbirlərdə fəal iştirakına görə, filialın müdiri R.Qurbanovu və kitabxanaçı Z.Əliyevanı fəxri fərmanlarla təltif etdi.

 

19.7 KB

 

38.6 KB

 

19.6 KB