Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ölkə Prezidentinin son qərarları əmək kollektivləri tərəfindən alqışlanır

13.03.2019

Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.

Bu dəyərli ifadələr martın 13-də Şəki 2 nömrəli uşaq musiqi məktəbində keçirilmiş, kollektivin ümumi yığıncağında səsləndirilmişdir. 2 nömrəli uşaq musiqi məktəbinin direktoru Tərlan Məmmədovun, məktəbin İlk Həmkarlar Təşkilatının sədri Qurban Mustafayevin, Şəki Regional Mədəniyyət İdarəsinin mətbuat katibi və “Mədəniyyət qalası” qəzetinin baş redaktoru Yusif Rəhimovun çıxışları əsasən ölkə başçısının mart ayının 1-də  mədəniyyət və incəsənət xadimləri ilə görüşündən qaynaqlanan xoş təəsüratlarla əhatələnmişdir.

Qeyd olunmuşdur ki, son vaxtlar ölkə miqyasında aparılan innovativ islahatlar, xüsusilə mədəniyyət sahəsinin tərəqqisinə, mədəniyyət işcilərinin sosial həyat şəraitinin yüksəldilməsinə yönəldilmiş Sərəncamlar və qəbul edilmiş qərarlar əmək kollektivlərində ruh yüksəkliyi yaratmışdır. Sözlə əməlin vəhdət təşkil etdiyi reallıqlar ölkənin bütün vətəndaşlarını daha əzmlə çalışmağa və Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşməyə səsləyir.

Səmimi görüşdə səsləndirilən səmimi və ətraflı çıxışlar kollektiv tərəfindən alqışlarla qarşılanmışdır.

 

134.4 KB

 

111.9 KB

 

133.5 KB