Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Balakən rayonunun Mahamalar kəndində Novruzun gəlişi qeyd olunub

12.03.2019

12 Mart 2019-cu il tarixdə Mahamalar kənd kitabxana filialı, kənd folklor evi ilə birgə Mahamalar kənd uşaq bağçasında “Gəl, gəl a yaz günləri” başlığı altında Novruz şənliyi təşkil edib.

Balacaları təbrik etmək üçün kənd icra nümayəndəsi S.Mahamaxanov, kənd bələdiyyə sədri R.Baknalov və digər kənd sakinləri də şənliyə qatılıblar. Mahamalar kənd kitabxanasının müdiri A.Kaşlayeva tədbir iştirakçılarını təbrik edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin sayəsində bu bayram hər il böyük təntənə ilə qeyd edilir. Əsasən də az yaşlılar bu bayramı daha çox sevirlər. Od çərşənbəsi, su çərşənbəsi, yel çərşənbəsi və torbaq çərşənbələri, ən çox isə Novruz oyunlarından olan papaq atma, qapı busma və digər adət ənənələr uşaqlar tərəfindən maraqla izlənilir. Bu bayram haqqında çox danışmaq olar. Onun tarixi çox zəngindir. Ən əsası odur ki, qoy Azərbaycanımızın belə gözəl bayramları çox olsun, növbəti ildə Novruz bayramını işğal olunmuş rayonlarımızın birində qeyd edək.

Tədbirdə uşaqların ifasında mahnı və rəqslər ifa olunub.

 

40 KB

 

39.7 KB

 

47.3 KB