Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Baş Küngüt diyarşünaslıq evində gənclərlə ziyalıların görüşü keçirilib

11.02.2019

11 fevral 2018-ci il tarixdə Baş Küngüt kənd diyarşünaslıq evində “Həyatı sizdən öyrənirik” mövzusunda ali məktəblərə qəbul olunmuş bir qrup tələbələrlə kənd ziyalılarının görüş axşamı keçirilib. Tədbir kənd diyarşünaslıq evinin bədii rəhbəri Mahizər Əsədova, mədənii-təşkilatçı Gülçin Musayeva və MKS-nin 51 saylı  kitabxana filialının müdiri Həqiqət Kərimovanın aparıcılığı ilə başlamışdır. İlk söz  tədbirin qonağı Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilova verilmişdır. Tədbirdə kənd bələdiyyəsinin sədri Əlibala Bayramov, kənd  icra nümayəndəsinin  müavini Mərdan Qazıyev, kənd poçt şöbəsinin rəisi Tərlan Hacıyev, məktəbin müəllimlərindən İradə Bayramova, Dilşad Məmmədova  və  bir neçə valideyin çıxış edərək gənclərə öz arzularını bildirmiş, öz tövsiyələrini vermişdir. Uzun illər Baş Küngüt diyarşünaslıq evinin direktoru işləmiş, hazırda təqaüddə olan Əziz Səmədov çıxış etikdən sonra B.Vahabzadənin “Dağda şəlalə kimi” şerini ifa etdi. Görüşdə  diyarşünaslıq evinin bədii özfəaliyyət kollektvi öz musiqiləri ilə iştirakçılara xoş ovqat bəxş etdi. Kollektivin üzvü, 2018-ci ildə “Novruz təranələri” baxış-müsabiqəsində solo saz ifaçılığı üzrə I yerə layiq görülmüş Murad Məmmədrəhimovun ifası da maraqla qarşılanmışdır. Tədbirdə eyni zamanda maarifləndirici və əyləncəli oyunlara da yer verilmişdir. Tədbirin sonunda diyarşünaslıq evinin metodisti Svetlana Mustafayeva bildirmişdir ki, Vüqar Nəzirovun rəhbərlik etdiyi diyarşünaslıq evində keçirilən tədbir gələcəkdə də ənənə halını alacaq və davam etdiriləcəkdir. Belə tədbirlərin keçirilməsində əsas məqsəd gənclərin təhsilə olan maragını daha da artırmaqdır.

 

127.5 KB

 

41.9 KB

 

39.7 KB