Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatalada Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsi yad edilib

07.02.2019

07.02.2019–cu il tarixdə Zaqatala Rayon Mədəniyyət Mərkəzində, Mərkəzin və şəhər Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Azərbaycanın Mili Qəhramanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş “Şəhid olsam – ağlamayın” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə Aybəniz Heydərova açaraq gələn qonaqları salamladı. Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndi. Torpaqlarımız uğrunda canlarından keçən vətən oğullarının, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mədəniyyət Mərkəzinin bədii rəhbəri Samirət Hümbətova Mübariz İbrahimovun  şücaəti haqınnda “Şəhid olsam – ağlamayın” mövzusunda çıxış etdi. Mərkəzin metodistləri Tahirə Pirimova “İgidlər ölmür” mövzusunda, Aftandil Rəhimov “Yaddaşlarda və xatirələrdə Mübariz İbrahimov” mövzusunda Milli Qəhramanın keçdiyi həyat yolundan danışdılar. Mədəniyyət işçiləri Töhvə Paşayeva “Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhramanlıq rəmzidir” mövzusunda, Nazan Bulacova şəhid Fərid Əhmədovun keçdiyi döyüş yolu haqqında çıxışlar etdilər.

Tədbirin bədii hissəsində Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimov haqqında film-slayd göstərildi. Mədəniyyət Mərkəzi və şəhər Mədəniyyət evinin həvəskar dərnək üzvüləri Məhəmməd Qazıyev, Səba Muradova, Nəzrin Məmmədova və Elnaz Məmmədova  Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimov haqqında yazılan seir və Vətən haqqında musiqilər səsləndirdilər. Keçirilən tədbir iştirkçıları tərəfindən rəğbətlə qarşılandı. Belə vətənpərvər ruhlu tədbirlərin mədəniyyət ocaqlarında tez-tez keçirilməsi gənclərimizin Azərbaycançılıq ruhunu yüksəldir.

 

167 KB

 

179.7 KB

 

178.2 KB