Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Balakəndə M.İbrahimova həsr olunmuş bilik yarışması keçirilib

07.02.2019

7 Fevral 2019-cu il tarixdə Balakən Rayon Gənclər və İdman İdarəsində Balakən rayon Heydər Əliyev Mərkəzi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar vətənpərvərlik mövzusunda rayon məktəbliləri arasında bilik yarışı keçirilmişdir. Yarışda rayonun 11 məktəbin 5-11 ci sinif şagirdləri iştirak etmişdilər. Yarış öncəsi iştirakçılar oyunun qaydaları ilə tanış edilmişdir. Yarışda ümmumilikdə vətənpərvərlik və Azərbaycan tarixini əhatə edən 25 sual səsləndirilmişdir. Yarışın nəticəsinə əsasən  I yerə Balakən texniki və humanitar təmayüllü lisey, II yerə Qaravəli kənd tam orta məktəbi, III yerə isə Nizami adına şəhər 1 saylı tam orta məktəbi layiq görülərək sertifikatlarla mükafatlandırılıblar.

 

27.5 KB

 

97.4 KB

 

22.6 KB