Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

C.Məmmədquluzadə - 150

07.02.2019

7 fevral 2019-cu il tarixdə Balakən rayon MKS-nin xidmət şöbəsində görkəmli yazıçı- publisist, dramaturq C.Məmmədquluzadənin 150 illiyi ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə xidmət şöbəsinin müdiri N.Ramazanova açdı. O, C.Məmmədquluzadənin 150 illiyinin keçirilməsi haqqında Respublika Prezidenti İ.Əliyevin Sərəncamı ilə tədbir iştirakçılarını tanış etdi. Abonement bölməsinin müdiri N.Nəsibova C.Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etdi. Tədbirdə kitabxana işçiləri ilə birgə kitabxananın fəal oxucuları iştirak edirdilər. Sonda C.Məmmədquluzadəyə həsr olunmuş sərgiyə baxış keçirildi.

 

47.1 KB

 

31.7 KB

 

26.6 KB