Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuzda Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş tədbir keçirilib

07.02.2019

07 fevral 2019-cu il tarixində Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların təbliği məqsədilə “Vətəni onun kimi sev” layihəsi çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ərəfəsində Oğuz şəhər 3 saylı məktəb-liseyində tədbir keçiriblər. Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşları, 3 saylı məktəb-liseyin müəllim və şagird kollektivi iştirak edib. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Mehriban Abbasova açdıqdan sonra Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçən bütün şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra 3a sinif rəhbəri İlhamə Hüseynova çıxış edib. O çıxışında bildirib ki, Azərbaycanın qəhrəman və mübariz oğullarının şagirdlər arasında təbliği məqsədilə 3a sinfi şərti olaraq “Mübarizlər sinfi” adlandırılmış, şagirdlərin hər birinə Azərbaycanın Milli Qəhrəmanlarının adları əks edilmiş yaxalıqlar hazırlanmış, sinifdə Azərbaycanın Milli Qəhrəmanlarından bəhs edən plakatlar, albomlar təşkil edilmişdir. Tədbirdə şagirdlər Azərbaycanın Milli Qəhrəmanları haqqında məlumat verərək, Mübariz İbrahimova həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim ediblər. 3a sinif şagirdi Nuray Babayeva kamançada “Bayatı-kürd” muğamını ifa etdikdən sonra Milli Qəhrəmanlara həsr edilmiş videoçarx nümayiş olunub. 3 saylı məktəbin direktor müavini Sevil Babayeva və ibtidai sinif müəllimi Xalidə Mirzəyeva çıxışları dinlənildikdən sonra 3a “Mübarizlər sinfi” Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmiş tədbirdə fəal iştirak etdiklərinə görə Oğuz rayon Heydər Əliyev Mərkəzinin fəxri fərmanı ilə təltif edilib. Sonda şagirdlər Azərbaycanın Milli Qəhrəmanlarına həsr edilmiş sərgi ilə tanış olublar.

 

56.1 KB

 

119.1 KB

 

206.7 KB