Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Mübariz kimi mübariz olaq”

07.02.2019

07 fevral Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. Bu məqsədlə 07 fevral 2019-cu il tarixdə Oğuz rayon H.Babayev adına 1 saylı şəhər tam orta məktəbin IX sinfində Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmiş “Mübariz kimi mübariz olaq” adlı informasiya günü keçirilib. Tədbirdə məktəbin IX sinif şagirdləri və müəllimlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Milli Qəhrəman M.İbrahimova həsr edilmiş kitablarla tanış olublar.

Tədbiri məktəbin direktor müavini A.Quliyev açmış, qəhrəmanın, eləcə də bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri N.Qasımova çıxış etmiş, Mübarizin həyat və döyüş yolu ilə bağlı məlumat vermişdir. Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin kitabxanaçısı A.Cəfərova “Mübariz kimi olaq” adlı məruzə ilə çıxış edib.

Tədbirin sonunda N.Qasımova Azərbaycan gənclərinin vətənpərvər yetişməsində belə tədbirlərin rolunun böyük olmasını vurgulayaraq, tədbirin iştirakçılarına minnətdarlığını bildirib.

 

163.7 KB

 

156.4 KB

 

208.2 KB