Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuz rayon Mərkəzi Kitabxanasında M.Ə. Rəsulzadənin anadan olmasının 135 illiyi ilə bağlı dəyirmi masa keçirilib

05.02.2019

Yanvar ayının 31-də İstiqlal mübarizəmizin parlaq siması, Azərbaycan tarıxinin dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, xalqımızın müstəqillik ideyalarının gerçəkləşməsində müstəsna rol oynamış, milli istiqlal ideyalarının yayılmasında böyük xidmətlər göstərmiş, xalqımızın ölməz lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 ili tamam olur. Bu günü yad etmək məqsədi ilə fevral ayının 5-də Oğuz rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Mərkəzi kitabxananın oxu zalında “Cümhuriyyətin banisi M.Ə.Rəsulzadə” adlı dəyirmi masa təşkil olunub.

Tədbirdə Tarix-diyarşünaslıq muzeyinin, Oğuz rayon H.Əliyev Mərkəzinin və Gİİ-nin əməkdaşları, Uşaq, Gənclər İnkişaf Mərkəzinin işçiləri iştirak ediblər. Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin böyük kitabxanaçısı Ləman Babayeva tədbiri açaraq, tədbirin əsas mövzusu haqqında məlumat verib. Sonra Mərkəzi Kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Nəzakət Qasımova “Cümhuriyyətin banisi M.Ə.Rəsulzadə” başlıqlı geniş məruzə ilə çıxış edib. MKS-nin direktoru S.Mikayılova, Qarabulaq kənd kitabxanasının müdiri S.Məmmədova və digərləri mövzu ətrafında çıxışlar ediblər. Daha sonra M.Ə.Rəsulzadə haqqında video-çarx nümayiş olunub. Tədbir  “Məhəmməd Əmin Rəsulzadə-135” adlı sərgiyə baxışla tamamlanmışdır.

 

188.9 KB

 

179.9 KB

 

188.1 KB