Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İ.Nakam adına Mərkəzi Kitabxanada “Gəncliyimiz sabahımızdır” adlı dəyirmi masa keçirilib

01.02.2019

1 fevral 2019-cu il tarixdə İ.Nakam adına Mərkəzi Kitabxanada 2 fevral Gənclər günü münasibətilə ŞRDM-nin bir qrup gənc üzvləri ilə birgə “Gəncliyimiz sabahımızdır” adlı dəyirmi masa keçirildi.

Tədbiri oxu zalının müdiri Yaqut Sadıqlı açıq elan edərək gəncləri bu gün münasibətilə təbrik etdi. Qeyd olundu ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident Sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı. Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki,  bu gün ölkəmizdə idarə etmə bacarığı ilə seçilən intellektual, dünya görüşlü yeni nəsil yetişmişdir. Bu günkü Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqət və qayğını dərin ehtiram hissi ilə xatırlayır...

Tədbirdə ŞRDM-nin sədri A.Sadıqlı və onun sədrlik etdiyi təşkilatın üzvləri gəncliyə verilən dəyərdən və bu dəyərdən istifadə edərək keçdikləri həyat yollarından danışdılar. Qarşılarına yeni məqsədlər qoyaraq yeni-yeni nailiyyətlərə imza atacaqlarına və gəncliyə doğru gələn yeniyetmələrə müsbət nümunə olacaqlarına vəd verdilər.

Sonda “Gəncliyimiz sabahımızdır” adlı sərgiyə baxış oldu. Sərgini istedadlı gəncliyi əks etdirən örnək nümunələri təşkil edirdi.

 

203.9 KB

 

59.4 KB

 

46.6 KB