Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki 2 nömrəli UMM-nin təşkilatçılığı ilə ”Gənclik bizim gələcəyimizdir” mövzusunda dəyirmi masa keçirilib

02.02.2019

2 Fevral 2019-cu il tarixdə İ.Nakam adına Mərkəzi Kitabxanada Şəki 2 nomrəli uşaq musiqi məktəbinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Aparici, məktəbin xor müəllimi Gülnar Cavadova müzakirənin səmərəli olmasi üçün əvvəlcə "Gənclik bizim gələcəyimizdir"  mövzusu üzrə mühazirə edib. Sonra mühazirə ətrafında gənc müəllimlər öz ideya və fikirlərini birlikdə müzakirə ediblər. Aparici G.Cavadova gənclərin məktəbin ictimai həyatındakı rolunu və gənclərin daim öndə olduğunu qeyd edib. Gənc müəllim Vəfa Əliyeva məktəbdəki gənc müəllimlərin işindən və gələcək planlarından danışıb. Dəyirmi masa maraqlı diskussiyalarla başa catıb.

 

37.6 KB

 

33.1 KB

 

34.3 KB