Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki şəhər 2 nömrəli uşaq musiqi məktəbində ”Gənclər bizim gələcəyimizdir” adlı konsert proqramı təşkil olunub

02.02.2019

Fevralın 2-də Şəki şəhər 2 nomrəli uşaq musiqi məktəbində Gənclər günü ilə bağlı "Gənclər bizim gələcəyimizdir" adlı konsert proqramı keçirilib. Əvvəlcə məktəbin fortepiano müəlliməsi Vəfa Əliyeva Gənclər günü haqqında danışıb. O, Gənclər gününün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib.1996-ci il 2 fevral tarixində məhz Ulu öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumunun keçirildiyini 1997-ci ildən isə Prezidentin Sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlandığını diqqətə çatdırıb.

Çıxışda Azerbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan gəncliyi "2017-2021 çi illərdə "Dövlət Proqramının təsdiq edilməsi" haqqında Sərəncam imzaladıgını və bu proqramın məqsədinin Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaqan, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaqan və ölkədə könüllülük hərəkatının inkişaf etdirilməsindən ibarət olduğu qeyd edilib. Sonra məktəbin tar, kamança, səs, skripka, fortepiano ixtisası üzrə təhsil alan şagirdlərin ifasında əsərlər dinlənilib.

Tədbirin sonunda məktəbin direktoru Tərlan Məmmədov çıxış edərək, ölkə gənclərinin dövlətimizin tərəqqisində müstəsna rolunu və gəncliyimizin dövlətçilik ənənələrinə sadiq oldugunu vurğulayıb.

 

22.3 KB

 

21.5 KB

 

23.5 KB