Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Gənclər bizim sabahımızdır ”

02.02.2019

2 fevral 2019-cu il tarixdə S.Rəhmanın ev muzeyi, R.B.Əfəndiyevin ev muzeyinin, R.B.Əfəndiyev adına 4 nömrəli kitabxana filialının və M.F.Axundovun ev muzeyinin kollektivləri birlikdə Ümumrespublika Gənclər Günü münasibətilə “Gənclər bizim sabahımızdır” mövzusunda dəyirmi masa keçirdilər.

S.Rəhmanın ev muzeyinin direktoru Pərvanə  İskəndərova Gənclər Gününün yaranması haqqında məlumat verdi. Qeyd olundu ki, Ulu Öndər gənclərlə aparılan işin nəzərə çarpacaq dərəcədə canlandığını nəzərə alaraq, 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etmişdir. İkinci forumda gənclərə müraciət edən Ümummilli Liderimiz demişdir: “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!” Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha da fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Bütün bunlar Heydər Əliyevin gənclərə böyük qayğısının sübutu idi.

Sonra R.B.Əfəndiyevin ev muzeyin direktoru Vəfa Qasımzadə “Gənclər bizim sabahımızdır” mövzusunda çıxış etdi. Çıxışda bildirildi ki, fevralın 2-si ölkədə Gənclər Günü kimi qeyd olunur. Bu bayram gənclərə Ümummilli İiderimiz Heydər Əliyevin hədiyyəsi idi. O gəncliyi hər mənada güclü görmək istəyirdi və bunun üçün əlindən gələni edirdi. Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bunun möhkəm olması isə yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlığından asılıdır. Səbəbsiz deyil ki, bütün dövrlərdə millətinin adını tarixə yazan da elə sağlam gənc qüvvələr olub. Bunu bilən Ümummilli liderimiz Heydər Əliyev də belə qüvvə yaratmaq arzusunda idi. Elə ona görə də 1994-cü ilin iyulunda Gənclər və İdman Nazirliyini yaratdı və xalqının gənclərini bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətin gənclər formu keçirildi və elə həmin günü Azərbaycanın tarixinə Gənclər Günü kimi yazıldı.

Daha sonar M.F.Axundovun ev muzeyinin bələdçisi  Kəmalə Ağayeva və kitabxananın müdiri Təranə İsmayılova çıxış edərək mövzu haqqında fikirlərini söylədilər.

 

140.1 KB

 

131.3 KB

 

133.8 KB