Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki məktəbliləri “Kitabsevər uşaqlar” layihəsi üzrə viktorinanin qalibi olublar

10.01.2019

Sosial şəbəkələrdə azyaşlı oxucuların informasiya tələbatının ödənilməsi və onların mütaliəsinə düzgün rəhbərlik etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 01 fevral 2016-cı il tarixli 22 nömrəli əmri ilə Uşaq ədəbiyyatının təbliğ olunması məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin   təşəbbüsü ilə yaradılmış "Kitabsevər uşaqlar" səhifəsinin rəsmi YouTube kanalı və Facebook səhifəsi may 2016-cı il tarixdən fəaliyyət göstərməyə başlamışdır.

Hazırda "Facebook" səhifəsində və "YouTube" kanalında "Kitabsevər uşaqlar" layihəsi vasitəsilə azyaşlı oxuculara müntəzəm xidmət göstərilir, layihə çərçivəsində mütəmadi olaraq müsabiqələr, viktorinalar, milli nağıllarımızın təbliği məqsədilə intelektual yarışlar keçirilir.

“Kitabsevər uşaqlar” Facebook səhifəsi və YouTube kanalı   Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş viktorina keçirilmişdir. Viktorinanın nəticələrinə görə Şəki şəhər 5, 10, 18 nömrəli məktəbin şagirdləri yüksək nəticə göstərərək qalib olmuşdurlar.

Yanvarın 10-da Şəki şəhər Mərkəzi Kitabxanasında keçirilmiş “Azərbaycan Vətənimdir” adlı tədbirdə viktorinanın qalibləri Şəki şəhər 5 nömrəli məktəbin VIII  sinif şagirdi İlkin Rzayev, 18 nömrəli məktəbin VII  sinif şagirdi Emil Qaffarlı, 10 nömrəli məktəbin IV sinif şagirdi Kənan Rzayev  III Dərəcəli Diplomları, 18 nömrəli məktəbin V  sinif şagirdi Ləman Qaffarlı isə Təşəkkürnamə və hədiyyələrlə təltif olundular.

Şəki şəhər MKS-inin direktoru Seyid Vahabov tədbir iştirakçılarını təbrik edərək, qaliblərə təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzuladı. Sonra yarışmalara qatılmış hər bir iştirakçıya kitabxana tərəfindən xüsusi hədiyyələr təqdim olundu.

 

256.8 KB

 

213.5 KB

 

258.2 KB