Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Şəms” uşaq kukla teatrı “Şəngülüm, Şüngülüm və Məngülüm” nagılı ilə balaca tamaşaçıları qarşısında çıxış edib

10.01.2019

Yanvarın 10-da Şəki 3№-li UMM-nin nəzdində yaradılmış “Şəms” musiqili uşaq kukla teatrı 2019-cu ildəki ilk tamaşası olaraq, Şəki şəhəri 28 saylı Uşaq baxçasında “Şəngülüm, Şüngülüm və Məngülüm” nağılı ilə balaca tamaşaçıları qarşısında çıxış edib.

Məktəbin müəllimləri Elmira İsmayılovanın, Elbrus Mustafayevin, Şəlalə Məmmədovanın, Nazilə İbrahimovanın, Murad Abduləzizovun, Könül Nadirovanın, Sevil Abdulsalaminin, Nərmin Şamilovanın, Anar Həsənovun, Rahim Abdullayevin, Şəfa Abdullayevanın bilavasitə iştirakı, məktəbin direktoru Şəmsiyyət Əsgərovanın ssenarisi və təşkilatçılığı sayəsində ərsəyə gəlmiş tamaşada “Xoş gəldiniz teatroya”, “Ana keçinin mahnısı”, “Çəpişin mahnısı”, “Tənbəl”, “Kim sevirsə idmanı”, “Gülüm”, “Yaxşı otur, yaxşı dur”, “Çiyələk”, “Göbələk”, “Keçim”, “Çəkic”, “Əl-ələ”, “Lay-lay”, “Xəzərim” mahnılarından və “Çobanlar”, “Xan çobanı”, “Cəngi” rəqslərinin musiqilərindən istifadə edilmişdir.

Tamaşa balacaların alqışları ilə izlənilmiş və nağıl qəhrəmanları onlara sevincli-fərəhli anlar yaşatmışlar. Sonda baxçanın direktoru Mətanət Süleymanova teatrın yaradıcı kollektivinə təşəkkürlərini bildirərək, belə təqdimatların uşaqların mənəvi dünyasının zənginləşməsində və onlarda musiqi duyumunun yüksəldilməsində müstəsna əhəmiyyətli olduğunu qeyd etmişdir.

 

140.3 KB

 

132.4 KB

 

125.4 KB