Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xalq şairinin ev muzeyində bayram tədbiri

29.12.2018

29 dekabrda Bəxtiyar Vahabzadənin ev muzeyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə bayram tədbir təşkil olunub. Tədbirdə şəhərin, həmçinin, Qoxmuq kəndinin ziyalıları iştirak ediblər. İlk söz Bəxtiyar Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəryəbəyliyə verilib. Sonra Qoxmuq kəndinin ağsaqqalları çıxış ediblər. Çıxış edənlər Qoxmuq kəndinin inkşafından, son illərdə tikilən məktəbin, bağçanın həmçinin kənd arası yolların tikintisindən, unudulmaz şəxsiyyət Bəxtiyar Vahabzadənin bu kəndə olan sevgisindən, onun sağlığında kənddəki ziyalılar evinə verdiyi 2000-dən cox kitab və eksponatlardan danışıblar. Sonda iştirakçılar muzeylə və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunmuş sərgi ilə tanış olublar. Qonaqlara muzeyin direktorunun şəxsi kitab kolleksiyasından Bəxtiyar Vahabzadə kitabları hədiyyə olunub. Tədbir iştirakçıları Bəxtiyar Vahabzadənin ev muzeyinə qonşu olan yeni açılmış, müasir uşaq bağçası ilə də tanış olublar.

 

177.1 KB

 

187.2 KB

 

167 KB