Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Həmrəyliyimiz birliyimizdir”

28.12.2018

28 dekabr 2018-ci il tarixində M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin  tabeliyində fəaliyyət göstərən I Biləcik kənd folklor evi I Biləcik kənd tam orta məktəbi və MKS-nin 24 saylı kitabxana filialı ilə birlikdə “Həmrəyliyimiz birliyimizdir” adlı konsert proqramı ilə çıxış edib. I Biləcik kənd orta məktəbin direktoru Tahirə Həsənova çıxış edərək tədbir iştirakçılarının qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib, xalqımıza firavanlıq, əmin amanlıq arzuladı. I Biləcik kənd folklor evininin bədii rəhbəri İlham Mazanov öz gözəl nəğmələri ilə tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş etdi. Məktəbin şagirdlərindən Qönçə Əhmədova, Şəhla Məmmədova “Yeni il” şeirini səsləndirdi. Elya Həmidova və Məltəm İsayeva isə “Şaxta Baba” şeirini ifa etdilər.

Şaxta Baba və Qar Qızın məclisə təşrif buyurması ilə tədbir daha da maraqlı oldu. Hər kəs şən yolklanın ətrafında dövrə vuraraq öz ürək sözlərini, arzu və istəklərini  bildirdilər.

Sonda MKS-nin 24 saylı kitabxana filialının müdiri Məkkə Məmmədova və I Biləcik  folklor evinin direktoru Zərnişan Həsənova çıxış edərək məktəbin müəllim və şagirdlərini Yeni il və Həmrəylik Günü münasibəti ilə təbrik edib öz xoş arzularını bildirərək hər kəsi rəqsə dəvət etdilər.

 

122.4 KB

 

100 KB

 

99.1 KB