Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəkidəki kukla teatrı balaca tamaşaçılarını sevindirir

28.12.2018

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə Şəki 3 saylı uşaq musiqi məktəbinin tərkibində yaradılmış “Şəms” musiqili uşaq kukla teatrı şəhərin uşaq baxçalarında rəngarəng tamaşalar göstərməklə kiçik yaşlı tamaşaçılarını sevindirib.

Hər tamaşanın əvvəlində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün mahiyyətindən danışılmış, uşaqlara bir-biri ilə həmişə dostluq münasibətində olmaları tövsiyyə olunmuşdur. Proqram üzrə iki hissədən ibarət olan bayram şənliklərinin 1-ci hissəsində nəğmələrə və rəqslərə yer verilmiş, 2-ci hissəsində isə uşaqların ən çox sevdikləri nağıl-tamaşalar təqdim edilmişdir.

Məktəbin direktoru Şəmsiyyət xanım Əsgərovanın verdiyi məlumata görə, müəllim və şagird kollektivinin böyük həvəs və fədakarlıqla hazırladığı musiqili kukla tamaşalarında 20-yə yaxın uşaq mahnı və rəqslərindən istifadə olunmuşdur. Teatrın repertuarına “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Tülkü həccə gedir”,” Yeni il”, “Novruz”, “Kral olmaq istəyən cocuq”, “Tıq-tıq xanım” tamaşaları daxildir. Hal-hazırda 2019-cu ildə nümayiş etdiriləcək yeni tamaşaların üzərində hazırlıq işləri aparılır. Musiqili kukla teatrının hazırlanmasında əsas məqsədin uşaqların teatra, musiqiyə olan maraqlarının daha da artırılması və dostluq, vətənpərvərlik, sədaqət və s. kimi dəyərlərin kuklaların diliylə onlara mənimsədilməsindən ibarət oldugu qeyd edilmişdir.

Bayramqabagı həyata keçirilmlş musiqili tədbirlər və nümayiş olunmuş tamaşalar şəhərin balaca sakinlərinə əsl bayram sevinci və fərəhli anlar yaşatmışdır.

 

173 KB

 

111.8 KB

 

186 KB