Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki İnternat məktəbində “Uşaqları qoruyaq“ adlı tədbir keçirilmişdir

25.12.2017

25 dekabr 2017-ci il tarixdə 8 saylı beynəlxalq tam orta məktəbin müəllim və şagirdləri, B.Axundov adına folklor evinin kollektivi və V.İbrahim adına folklor evi Şəki İnternat məktəbində Dünya Azərbaycanlıların Həmrəyliyi Gününə həsr olunmuş “Uşaqları qoruyaq” adlı tədbir keçirilmişdir. 8 saylı tam orta məktəbin metodist müəlliməsi N.Ağayeva açaraq İnternat məktəbinin müəllim və uşaqları Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etmiş, gözəl gələcək arzuladı. Şaxta baba və Qar qız uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik etmiş,hədiyyələr təqdim etmişlər. Sonra məktəb şagirdlərinin ifasında şerlər, mahnılar  səslənmiş, rəqslər ifa olunmuşdu.

Tədbirin sonunda İnternat məktəbin direktoru Həbubullayeva  Nurlan  müəllim və şagirdləri təbrik etmiş və internat məktəbində keçirdikləri tədbirə görə öz minnətdarlığını birdirmişdir.

 

111.8 KB