Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilir

06.12.2018

Zaqatala rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Zaqatala rayon Heydər Əliyev Mərkəzində 06 dekabr 2018-ci il tarixdən başlayaraq Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, öyrədilməsi və təbliğ edilməsi məqsədilə ekskursiya və açıq dərslərin keçirilməsinə başlanmışdır. Mərkəzi ziyarət edən məktəblilər ilk olaraq Heydər Əliyevin muzeyi ilə tanış olur, keçdiyi həyat yolu haqqında ətraflı məlumat əldə edirlər. Ekskursiyalar zamanı məktəblilərə Heydər Əliyevə həsr olunmuş “Dahi şəxsiyyət və qüdrətli lider” sənədli  filmi nümayiş olunur. Məktəblilər  Mərkəzdə fəaliyyət göstərən elektron kitabxana, komputer, ingilis dili, rəsm, musiqi, fotoqrafiya, rəqs, gitara, bədii qiraət, toxuculuq, xalçaçılıq, xarici dil, ingilis dili dərnəkləri ilə tanış olurlar.

Eyni zamanda ulu öndərin irsinin daha mükəmməl şəkildə öyrədilməsi üçün Mərkəzdə tarix fənnindən açıq dərslər keçirilir. Ekskursiyalarla birgə keçirilən açıq dərslərə rayonun ümumtəhsil məktəbləri cəlb olunur.  

Qeyd edək ki, anım günü  ilə əlaqədar  məktəblilərin ekskursiyası 13 dekabr 2018-ci il tarixdək  davam etdiriləcəkdir.

 

151.4 KB

 

152.3 KB

 

167.8 KB