Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabit Rəhmanın ev muzeyində Gülxar Həsənovanın anadan olmasının 100 illiyi münasibətilə “Səhnəmizin unudulmaz Leylisi və Ərəb Zəngisi” adlı tədbir keçirildi

03.12.2018

Dekabr ayının 4-də Sabit Rəhmanın ev muzeyində M.F.Axundovun  ev muzeyinin, Rəşid bəy Əfəndiyevin ev muzeyinin, MKS-nin Rəşid Bəy Əfəndiyev adına 4 nomrəli kitabxana filialının kollektivlərinin  iştirakı ilə   Azərbaycanın xalq  artisti, görkəmli opera müğənnisi  Gülxar Həsənovanın anadan olmasının 100 illiyi münasibətilə “Səhnəmizin unudulmaz Leylisi və Ərəb Zəngisi” adlı tədbir keçirildi.

Tədbiri muzeyin direktoru Pərvanə İskəndərova açaraq  Sabit Rəhman ocağının işığına yıgılan qonaqları salamladı. O öz çıxışında,  bu gün Sabit Rəhmanın ev muzeyində bu tədbirin keçirilməsini bir mənəvi borc hesab etdiyini qeyd etdi. Sabit Rəhmanın musiqi təhsili olmadan gözəl ifaçılıq qabiliyyəti olması və bu istedadın onun oğlu, böyük bəstəkar Emin Sabitoğluna keçməsini  xüsusilə qeyd edildi.

Musiqinin janrından asılı olmayaraq  mahnı gözəl ifa edilirsə, urəklərə yol tapırsa, illər keçsə də yenə sevə-sevə dinləniləcək.

Tədbirdə həmçinin  M.F.Axundovun  ev muzeyinin direktoru Ulduz  Xəlilova, Rəşid bəy Əfəndiyevin ev muzeyinin direktoru Vəfa  Qasımova , MKS-nin Rəşid bəy Əfəndiyev adına  4 nomrəli kitabxana filialının direktoru Təranə İsmayılova maraqlı çıxışlar etdilər. Onlar öz çıxışlarında Azərbaycan musiqisinin  əvəzolunmaz olduğunu qeyd etdilər. Musiqi ruhun qidasıdır sozunun əbəs yerə deylmədiyini bir daha vurğuladılar.

Tədbirdə  iştirak edən Şəki Regional Musiqi kollecinin müəlliməsi Elnarə Əliyeva Gülxar Həsənovanın həyat və yaradıcılığı haqqında maraqlı çıxış etdi. Tədbirdə Emin Sabitoğlunun musiqiləri və Gülxar Həsənovanın ifasında  operalardan parçalar səsləndirildi.

 

51.9 KB

 

47.5 KB

 

46 KB