Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qax rayon Ağçay kənd kitabxanasında Xalq yazıçısı İmran Qasımovun 100 illiyinə həsr olunmuş “Ömür elə qısadır ki....” adlı dəyirmi masa keçirilmişdir

04.12.2018

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  28 iyun 2018-ci il tarixli İmran Qasımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamına əsasən Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ağçay kənd kitabxanasında Xalq yazıçısı İmran Qasımovun 100 illiyinə həsr olunmuş “Ömür elə qısadır ki....” adlı  dəyirmi masa  keçirilmişdir.

Tədbirdə məktəblilər, müəllimlər iştirak etmişdir. Tədbiri açan  Ağçay kənd kitabxana filialının böyük kitabxanaçısı Ülkər Əliyeva yazıçının həyat və yaradıcılığı haqqında  məlumat vermişdir. Kitabxanaçı Sevinc Abakarova isə İmran Qasımovun  kino fəaliyyəti, ssenarist kimi çəkdikləri kinolar haqqında məlumat vermişdir.

Ədəbiyyat müəllimi Zülfiyə Maksudova belə tədbirlərin əhəmiyyətli olmasından söz açmışlar. Maraqlı diskusiya şəklində keçirilən tədbirdən iştirakçılar razı qalmışlar.

Bəzən yazıçının əsərlərinin adları elə yazıçının özünün ömür prinsiplərinin parametrlərini müəyyən edir. İmran Qasımov həyata bir nağıl kimi baxırdı. Öz parlaq zəkası, dəyərli əsərləri Azərbaycan ədəbiyyatında əbədi məskən salan xalq yazıçısının kitabları indi də oxucular tərəfindən sevilə-sevilə oxunur. Bu sözlər tədbir zamanı  kitabxananın fəal oxucusu  Ülviyyə Məmmədova tərəfindən  səsləndirilmişdir.

Tədbirin rəsmi hissəsindən sonra İmran Qasımovun həyat və yaradıcılığına həsr olunmuş "Ömür elə qısadır ki..." filmi nümayiş olundu. Tədbir iştirakçılarına İmran Qasımovun kitablarının virtual sərgisi həmçinin ssenari müəllifi olduğu "Uzaq sahillərdə", "Onun böyük ürəyi", "Bizim küçə", "İnsan məskən salır" filmlərindən fraqmentlər nümayiş olundu.

 

38.4 KB

 

34.4 KB

 

16.3 KB