Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala rayon Suvagil kənd mədəniyyət evində Mədəniyyət müəssisələrinin peşə səriştələrinini artırılmasına dair beynəlxalq təlim-seminar keçirilmişdir

03.12.2018

3 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Zaqatala rayon Suvagil kənd mədəniyyət evində Mədəniyyət müəssisələrinin peşə səriştələrinin artırılmasına dair beynəlxalq təlim-seminar keçirilmişdir. Tədbirdə Asif Usubəliyev, Zaqatala rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rauf Seyidəhmədov,  Belarus Respublikasının Mogilyov Vilayətinin Xalq Yaradıcılığı və mədəni-maarif işi üzrə metodik mərkəzin direktoru Oleq Xmelkov, Belarus Respublikasının Mogilyov Vilayətinin Xalq Yaradıcılığı və mədəni-maarif işi üzrə metodiki mərkəzin şübə müdiri Valentina Voçkova, Məzahir Qarayev, Nurəddin Babazadə iştirak edib. İlk öncə qonaqlar Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə görüşdükdən sonra Zaqatala rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Mərkəzlə tanışlıqdan sonra Suvagil kənd mədəniyyət evinin qarşısında özfəaliyyət kollektivlərinin hazırladığı konsert proqramına və foyedə təşkil olunmuş sərgi ilə tanış oldular. Suvagil kənd mədəniyyət evinin zalında davam edən tədbiri Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Xatirə Səlimli açıq elan etdi. Asif Usubəliyev, Oleq Xmelkov,  Valentina Voçkova çıxış etdikdən sonra iştirakçılar arasında diskussiya aparıldı.     

 

173.5 KB

 

207 KB

 

141.7 KB