Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki kənd folklor evində “Təzə il” adlı tədbir keçirilib

28.12.2017

28 dekabr 2017-ci il tarixdə Şəki kənd folklor evinin kollektivi, kənd məktəbinin pedaqoji kollektivi, şagird və valideynlərlə birgə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir təşkil etmişdir. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lorik Xəlilov çıxış edərək qeyd etdi ki, 31 dekabr artıq 28 ildir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur.

Şəki kənd folklor evinin müdiri Rəşid Hüseynov öz çıxışında Həmrəylik Gününün yaranma tarixindən və onun əhəmiyyətindən, bununla bağlı ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib. Qeyd olunub ki, Ümummilli Liderin şəxsi təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaradıb.
Sonra məktəbinin şagirdləri maraqlı ədəbi-bədii kompozisiyalar, səhnəciklər nümayiş etdirdi, şeirlər söyləydi, Şaxta baba və Qar qızla birgə rəqs edib mahnılar səsləndirdilər.

 

62.7 KB

 

62.2 KB

 

55 KB