Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Yenilməz Bayrağımız”

08.11.2018

08 noyabr 2018-ci il tarixdə Cəyirli kənd folklor klubunun, Cəyirli kənd tam orta məktəbinin və MKS-nin 33 saylı kitabxana filialının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Bayrağı Gününə həsr olunmuş “Yenilməz Bayrağımız” mövzusunda  tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Altay Rzayev, tarix müəllimi Samir Süleymanov, folklor klubunun müdiri Zəkiyyə Abbasova, mədəni kütləvi təşkilatçı, şair Mürsəl Qorxmaz, MKS-nin 33 saylı kitabxana filialının müdiri Kəmalə Abbasova, məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər. Çıxış edən məktəb direktoru Altay Rzayev Bayraq Günü münasibəti ilə bütün müəllim və şagird kollektivini təbrik etdi və hər bir kəsə müqəddəs bayrağımızı göz bəbəyi kimi qorumağı tövsiyyə etdi.

Tarix müəllimi Samir Süleymanov bayrağımızın yaranma günü haqqında məlumat verdi. Tədbirin sonunda məktəblilərin ifasında  şair Mürsəl Qorxmazın bayrağımıza həsr etdiyi şeiri səsləndi.

 

147.8 KB

 

162.4 KB