Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Bayrağım - varlığım, bəxtiyarlığım”

08.11.2018

8 noyabr 2018-ci il tarixdə Bideyiz kənd folklor evində Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayrağım - varlığım, bəxtiyarlığım” mövzusunda ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə kənd sakinləri, ziyalılar, məktəb şagirdləri iştirak etmişdir.  Tədbirdə çıxış edənlər qeyd etmişdir ki, yolunda canlar qurban verilən torpağımız da, şəhidlərin qanına bulanan bayrağımız da öz həqiqi statusunu qazandı, azadlığa, müstəqilliyə, suverenliyə qovuşdu. M,Ə.Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz” kəlamının həqiqiliyini xalqımız doxsanıncı illərin əvvəllərində yenidən sübuta yetirdi. Ölkə Prezidentinin fərmanı ilə hər ilin 9 noyabrı Dövlət Bayrağı Günü kimi qeyd olunur. Tədbirdə şagirdlərin ifasında bayrağımıza və Azərbaycana həsr olunmuş şeirlər və mahnılar səsləndirilmişdir.

 

80.7 KB

 

69.4 KB