Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Turan qəsəbə uşaq musiqi məktəbində Bayraq Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir keçirildi

08.11.2018

8 noyabr 2018-ci il Turan qəsəbə uşaq musiqi məktəbində Bayraq Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir keçirildi. Tədbirdə Turan qəsəbə məktəbinin muəllim-şagird kollektivi və valideynlər iştirak etdi.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Məktəbin tarix müəllimi Azərbaycan Respublikasının üçrəngli bayrağının tarixi haqqında məlumat verildi. Sonra məktəbin şagirdi İxtiyar Əliyev “Türkün bayrağı”, Sənan Səmədov “Vətən gözəl” mahnılarını, Məryəm Məmmədzadə “Dalğalandır bayrağı”, Kamilə Əhmədli “Bayraq”, Aysu Bəşirova “Bayrağım”,  Əsma Cavadzadə “Azərbaycan”, Aytac Əhmədzadə “Üçrəngli bayraq”,  Türkanə Rəsulova və Aysu Əliyeva  “Azərbaycan Türkiyə” şeirlərini səsləndirdilər. Tədbir hərbi geyimli şagirdlərin ifasında “Yaşa Azərbaycan” mahnısı ilə sona çatdı.

 

102.6 KB

 

123 KB

 

103.9 KB