Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Dədə Qorqud Meydanında Zaqatala MKS balaca fidanlar üçün şənlik təşkil etmişdir

28.12.2017

Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində əlamətdar bayramlar silsilə tədblərlə qeyd edilib. 28 dekabr tarixində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibəti ilə Mərkəzi kitabxananın uşaq şöbəsi Zaqatala Dədə Qorqud Meydanında yolka ətrafında balaca fidanlarla birlikdə şənlik təşkil etmişdir. Tədbiri giriş sözü ilə MKS-nin direktor müavini Zeynəb Qocayeva açdı. O, iştirakçıları, qonaqları salamladı və Həmrəylik Gününün əhəmiyyətindən və geridə qalan ilin uğurlarından danışdı. O qeyd etdi ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününün təsisçisi müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın xoşbəxt gələcəyinin banisi ulu öndər Heydər Əliyev olmuşdur. Həmrəyliyin dünya azərbaycanlıları arasında əlaqəni daha da gücləndirmək baxımından əhəmiyyətini vurğulayan Zeynəb Qocayeva rayonumuzda sosial infrastruktur layihələrinin icrası, humanitar, mədəni sahədə əldə edilən nailiyyətlərdən də danışdı. Növbəti ildə uğurların davam edəcəyinə əminliyini ifadə etdi. Şənlikdə Şaxta baba və Qar qız da iştirak etmiş, uşaqlar isə öz növbəsində şeirlər söyləmiş, rəqs etmişdilər. Tədbir Şaxta baba və Qar qızın uşaqları hədiyyələrlə sevindirməsi ilə yadda qaldı. Bu səpkidə tədbirlər MKS-in filiallarında da qeyd edilmişdir. Gözbarax kənd kitabxanası fəal oxucuları və məktəb şagirdləri ilə birlikdə tədbir, Dağlı kənd kitabxana filialı  Folklor evi ilə birlikdə “İllər, arzular” mövzusunda ədəbi-bədii gecə, Car kənd 1 saylı kitabxana filalı isə uşaq səhərciyi təşkil etmişdir.

 

217.5 KB

 

253.2 KB

 

246.9 KB