Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuz rayon Mərkəzi kitabxanasının oxu zalında “Əbədi ucalan bayrağımız“ adlı dəyirmi masa keçirildi

08.11.2018

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycanın dövlət suverenliyinin rəmzidir. Bu il bayrağımızın yaranmasından və ilk dəfə vətənimizin səmasında dalğalanmasından 100 il keçir. Millətimiz 100 il əvvəl başı üzərinə qaldırdığı üçrəngli bayrağının bir daha enməməsi üçün savaşdı,  bu hilal uğrunda yüz minlərlə şəhid verdi. Azərbaycan bayrağı öz rəmzi mənalarında məxsus olduğu dövlətin dilini, dinini, milliyətini, mədəniyyətini, tarixini, milli-mənəvi dəyərlərini, milli konsepsiyasını və s. amilləri ehtiva edir. Təbii ki, bayrağımızın həmişə ən yüksəklərdə görünməsi dövlətimizin gücündən, artan nüfuzundan xəbər verir.

8 noyabr 2018-ci il tarixdə Oğuz rayon Mərkəzi kitabxanasının oxu zalında “Əbədi ucalan bayrağımız“ adlı dəyirmi masa keçirildi. Tədbirdə Oğuz rayon H.Babayev adına 1 saylı tam orta məktəbin VI və VIII sinif şagirdləri,  UYİM-nin, H.Əliyev Mərkəzinin, Tarix-diyarşünaslıq muzeyinin, Gİİ–nin kollektivləri iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni  ilə  başladı. Tədbiri giriş sözü ilə oxuculara xidmət şöbəsinin müdiri N.Qasımova açaraq bayrağımızın yaranma tarixi haqqında məlumat verdi. Sonra kitabxanaçı A.Cəfərova “Müstəqilliyimizin və dövlətçiliyimizin  rəmzi - Azərbaycan Bayrağı” adlı məruzə ilə çıxış etdi.

Sonra məktəblilər bayraqımız haqqında şeirlər söylədilər. Sonda “9 noyabr – Azərbaycan Respublikasının Bayrağı Günüdür” adlı sərgiyə baxış oldu.

 

184.5 KB

 

184.8 KB

 

180.3 KB