Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

V.İbrahim adına folklor evinin və B.Axundov adına folklor evinin kollektivləri Bayraq Günü münasibətilə ”Yüksəklərdə dalğalanan bayrağımız” adlı ədəbi-bədii gecə keçirmişdir

08.11.2018

8 noyabr 2018-ci il tarixdə 8 saylı beynəlxalq tam orta məktəbdə V.İbrahim adına folklor evinin və B.Axundov adına folklor evinin kollektivləri Bayraq Günü münasibətilə ”Yüksəklərdə dalğalanan bayrağımız” adlı ədəbi-bədii gecə keçirmişdir. Tədbiri giriş sözü ilə məktəbin dərs hissə müdiri Telman Məmmədov açaraq şagirdləri salamlamış və bayram münasibətilə hər kəsi təbrik etmişdir. Tədbirdə məktəbin metodist müəllimi Nərminə Ağayeva bayraq haqqında şagirdlərə məlumat vermişdir. Şagirdlərdən  Nürcan Məmmədli Ramiz Qusarçaylının “Azərbaycan bayrağı”, Aytac Məmmədova Nəriman Həsənzadənin  “Azərbaycan”, Məhəmməd Namazov Abbas Səhətin “Vətən”, Ziya Nəbiyev Bəxtiyar Vahabzadənin “Bayraq”, Xəlilli Banu “Vətən sevgisi” və sairə şerlər səsləndirmişlər. Sonra şagirdlər öz rəqsləri ilə tədbiri rəngarəng etmişlər.

 

109.3 KB

 

109.7 KB

 

107.5 KB