Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ü.Hacıbəyov adına folklor evi və MKS-nin 13 nömrəli kitabxana filiyalı ilə birlikdə 9 Noyabr Bayraq Gününə həsr olunmuş “Yüksələn bayrağımız” adlı ədəbi-bədii gecə keçirmişdir

08.11.2018

Şəki şəhər Ü.Hacıbəyov adına folklor evi  və MKS-nin 13 nömrəli kitabxana filiyalı ilə birlikdə 9 Noyabr  Bayraq Gününə həsr olunmuş “Yüksələn Bayrağımız” adlı ədəbi-bədii gecə keçirmişdir. Tədbir Azərbaycanın Dövlət Himni ilə başladı. Tədbirdə 12 nömrəli məktəbin müəllim və şagird kollektivi valideyinlər və digər qonaqlar iştirak etmişdir. 12 nömrəli məktəbin tarix müəlliməsi Vüsalə Zahidova çıxış edərək qeyd etmişdir ki, “Bayraq dövlətlilik, müstəqillik, yenilməzlik, ucalıq, bir sözlə müqəddəslik rəmzidir. Millətin, xalqın qeyrət simvoludur. Ən böyük səltənət sahibləri belə bayraq önündə diz çökməyi, bayrağın ətəyindən öpməyi özlərinə şərəf-şan bilmişlər. Tədbirdə 12 nömrəli məktəbin şagirdləri Kərimli İlkin,Yusibov Abdulla, İmayətov  Fuad  bayrağa aid şeirlər söylədilər. Folklor evinin nəzdində fəaliyyət göstərən “İpək” rəqs qurupunun rəngarəng rəqsləri tədbir iştirakçılarının alqışlarına səbəb oldu.

Tədbirin sonunda folklor evinin metodisti Təranə İmamverdiyeva tədbir iştirakçılarına öz dərin təşəkkür və minnətdarlığını bildirdi. Tədbir Zülfiyyə Xanbabayevanın ifasında “Azərbaycan” adlı mahnısı ilə başa çatdı.

 

99.7 KB

 

130 KB

 

69 KB