Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki şəhər Bayraq Meydanında Dövlət Bayrağı Günü ilə əlaqədar ümumşəhər tədbiri təşkil edilib

08.11.2018

Noyabrın 8 də Şəki şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət Bayrağı Günü ilə əlaqədar, yeni inşa edilmiş Heydər Əliyev Mərkəzinin önündəki möhtəşəm Bayraq Meydanında ümumşəhər tədbiri təşkil edilib.

Şəhər rəhbərliyinin, ictimaiyyətin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ziyalıların və fəal gənclərin qatıldığı bayram tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov məruzə ilə çıxış edib.  Cıxışda    1990-cı ildə ölkəmizdə baş verən hadisələr xatırlanaraq, 70 ildən sonra üçrəngli bayrağımızın Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul olunmasından, Azərbaycan Ali Soveti qarşısında bununla bağlı vəsatət qaldırılmasından danışılıb.

Sonra cənab E.Usubov ölkə başçısının 29 oktyabr 2018-ci il tarixdə şəhərimizə etdiyi səfərdən bəhs edib,  Şəki ilə bağlı imzaladığı Sərəncamlar, açılışı olan obyektlər barədə məlumat verib. Qeyd olunub ki, cənab Prezident İlham Əliyev dövlət atributlarımıza xüsusi ehtiramla yanaşır. Bölgələrimizdə, o cümlədən Şəkidə Bayraq Muzeyinin yaradılması bunun bariz nümunəsidir. Belə muzeylərin yaradılması dövlət atributlarına olan sonsuz sevgini nümayiş etdirməklə yanaşı, gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə olunmasına mühüm töhfə verir.

Bayram tədbirində  Şəki Musiqi Kollecinin istedadlı gənclərinin və müəllim kollektivinin ifalarında Vətənə, bayrağa, müstəqilliyə həsr olunmuş musiqili proqram tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanaraq onlarda xoş ovqat yaradıb.

 

170.7 KB

 

172.5 KB

 

156.6 KB