Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Qədəmlərin mübarək Yeni il”

23.12.2017

23 dekabr 2017-ci il tarixində  Daşbulaq  kənd   diyarşünaslıq klubunda  kənd kitabxana filialı ilə birlikdə Yeni il bayramı münasibəti ilə konsert təşkil etmişlər.  Əvvəlcə məktəbin direktoru Bəşir Yusifov Yeni il münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş və hər kəsə uzun ömür can sağlığı arzulamışdır. Məktəbin müəllimi  Qarayeva Təbəssüm  müəllimə də  söylənilmiş   təbriklərə qoşulmuş və  yeni ildə bol-bol  uğurlar arzulamışdır.

Şagirdlərdən  Həsənov  Rüfət, Babayeva Nərminə, Mahmudova Sevil  şeirlər söyləmiş, mahnılar oxumuşlar.

Tədbirin sonunda  kitabxanaçı  Həsənova Nübar  öz kollektivi adından  bütün Dünya Azərbaycanlılıarını qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlıların Həmrəyliyi  Günü münasibəti ilə ürəkdən  təbrik etmişdir. Tədbir Daşbulaq kənd diyarşünaslıq klubunun  bədii özfəaliyyət kollektivinin çıxışı ilə başa çatmışdır.

 

125.9 KB

 

116.8 KB

 

123.1 KB