Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı 9 noyabr Bayraq Günü münasibətilə “Bayraq mənliyimdir, bayraq kimliyim” adlı geniş ədəbi-bədii gecə keçirildi

07.11.2018

07 noyabr 2018-ci il tarixdə Oğuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Oğuz şəhər 3 saylı məktəb-liseydə 9 noyabr Bayraq Günü münasibətilə “Bayraq mənliyimdir, bayraq kimliyim” adlı geniş ədəbi-bədii gecə keçirildi. Tədbirdə Oğuz  rayon İcra Hakimiyyətinin, Oğuz Gənclər və İdman idarəsinin, YAP Oğuz rayon Gənclər Birliyinin,  Heydər Əliyev Mərkəzinin əməkdaşları,  məktəb-liseyin müəllim və şagird  kollektivi iştirak etmişdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Tədbirdə çıxış edən Mərkəzin direktoru M.Abbasova  qeyd etdi ki, “Müstəqilliyimizin, suverenliyimizin rəmzlərindən olan Dövlət bayrağının bu il 100 yaşı tamam olur. 100 ildən bəri üçrəngli, müqddəs bayrağımıza olan xalq sevgisi bütün dünya azərbaycanlılarınınn qəlbində yaşayır və üçrəngli bayrağımız müstəqil, azad dövlətimizin rəmzi kimi səmamızda dalğalanır. Bu bayraq düz 100 il bundan əvvəl, 1918-1920-ci illərdə mövcud olmuş, Şərqdə ilk müstəqil respublika olan Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılmış milli dövlətçilik atributlarındandır.  Azərbaycan xalqının arzuları 70 il ötəndən sonra həyatda öz təsdiqini tapdı. Üçrəngli bayrağımız əvvəlcə qədim Naxçıvan torpağında qaldırıldı. 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın dövlət bayrağı kimi təsdiqləndi. 1991-ci il fevralın    5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın Azərbaycanın dövlət bayrağı kimi təsdiq olunması haqqında Konstitusiya Qanunu qəbul etdi.”

Tədbir Oğuz şəhər 3 saylı məktəb-liseyin şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya ilə davam etdirildi.

Tədbirdə  Oğuz RİH-nin nümayəndəsi N.Rüstəmov və YAP Oğuz rayon  Gənclər birliyinin sədri M.Ramazanov çıxış etdilər.

Şagirdlərə Heydər Əliyev Mərkəzinin fəxri fərmanları təqdim edildi.

 

80.4 KB

 

96.1 KB

 

82.3 KB