Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Rəşidbəy Əfəndiyevin ev muzeyinin kollektivi, MKS-nin R.Əfəndiyev adına 4 nömrəli filialı, M.F.Axundovun ev muzeyi və S.Rəhmanın ev muzeyi ilə birlikdə Dövlət Bayrağı Günü münanasibətilə “Bayrağımız əbədiyyət rəmzidir” mövzusunda mühazirə keçirildi

06.11.2018

Rəşidbəy Əfəndiyevin ev muzeyinin kollektivi, MKS-nin R.Əfəndiyev adına 4 nömrəli  filialı, M.F.Axundovun ev muzeyi və S.Rəhmanın ev muzeyi ilə birlikdə 2018-ci il  6 noyabr tarixində  Dövlət Bayrağı Günü münanasibətilə “Bayrağımız əbədiyyət rəmzidir” mövzusunda mühazirə keçirildi.        

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhər 3 saylı orta məktəbin VI və VII sinif şagirdləri,  muzey və kitabxana işçiləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə filialın müdiri Təranə İsmayılova açdı və Dövlət Bayrağı Günü haqqında qısa məlumat verdi: “Azərbaycan Respublikasının bayrağı -  Azərbaycan Respublikasının atributlarından (himn və gerblə birlikdə) biri olan bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 5 fevral 1991-ci ildə bayraq həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər il Dövlət Bayrağı Günü qeyd olunur”.

Sonra söz muzeyin direktoru Vəfa Qasımzadəyə verildi. Vəfa xanım Dövlət Bayrağının yaranması  haqqında ətraflı məlumat verdi: “Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında demişdi: "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur". Azərbaycan Respublikasının rəsmi dövlət himninin müəl­li­fi Üzeyir Hacıbəyov ya­zır­dı: "Azər­baycan Re­s­pub­li­ka­sı sağlam mil­li özül üzə­rin­də və türk düşüncə­si ilə ya­ra­dı­lıb... Ey­ni za­man­da, Azər­bay­can ye­ni cə­miyyət for­ma­laş­dır­ma­ğa, Av­ro­pa düşüncə­si ilə hərəkət et­məyə ça­lı­şır­dı. Bay­rağı­mız­da­kı üç rə­ng bu ele­men­t­lə­ri özündə əks et­di­rir".

M.F.Axundovun ev muzeyinin direktoru Ulduz xanım və S.Rəhmanın ev muzeyinin direktoru Pərvanə xanım da Dövlət Bayrağı haqqında çıxışlar etdilər.     

Sonra məktəblilər Azərbaycana, Bayrağımıza, Vətənə  aid şerlər söylədilər.

 

97.9 KB

 

95.1 KB

 

114 KB