Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qax rayonu İlisu kənd Diyarşunaslıq evində 9 noyabr Bayraq Günü münasibətilə “Üçrəngli bayraq qürurumuzdur” mövzusunda ədəbi-bədii kompozisiya təşkil edilmişdir

07.11.2018

7 noyabr 2018-ci il tarixdə İlisu kənd Diyarşunaslıq evində Nizami adına İlisu kənd tam orta məktəbi ilə birlikdə 9 noyabr Bayraq Günü münasibətilə “Üçrəngli bayraq qürurumuzdur” mövzusunda ədəbi-bədii kompozisiya təşkil edilmişdir. Tədbirdə Qax rayon Maarif şöbəsinin, Qax rayon Mədəniyyət Mərkəzinin,  Mərkəzi kitabxananın,  İlisu kənd ərazi icra nümayəndəliyinin, İlisu bələdiyyəsinin nümayəndələri, Ağçay kənd məktəbinin müəllim və şagirdləri, İlisu kənd uşaq baxçasının balaca fidanları iştirak edirdilər. Tədbiri giriş sözü ilə məktəbin direktoru Aybəniz Məmmədova açaraq Azərbaycanın üçrəngli bayrağının tarixi haqqında məlumat verdi. Qax rayon incəsənət məktəbinin “Tumurcuq” qrupu, Qax musiqi məktəbinin şagirdi, “Azərbaycanın Səsi-Bala” yarışmasının  birincisi Abdusalam Şabanlının çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılandı. Məktəblilərin ifasında Azərbaycan bayrağına həsr olunmuş şerlər, mahnılar  səsləndi. Sonda bayrağımız haqqında maraqlı video çarx nümayiş etdirildi.

 

74 KB

 

59.8 KB

 

73.6 KB