Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Balakən rayon Heydər Əliyev Mərkəzində 9 Noyabr Bayraq Günü ilə əlaqədar “Bayrağımız, vüqarımız, fəxrimizdir” başlığı altında tədbir keçirilmişdir

07.11.2018

7 noyabr 2018-ci il tarixində Balakən rayon Heydər Əliyev Mərkəzində 9 Noyabr Bayraq Günü ilə əlaqədar “Bayrağımız, vüqarımız, fəxrimizdir” başlığı altında tədbir keçirilmişdir. Tədbir Balakən rayon Heydər Əliyev Mərkəzi və Nizami adına şəhər 1saylı tam orta məktəbin birgə əməkdaşlığı ilə həyata keçirilmişdir. Tədbiri giriş sözü ilə açan mərkəzin əməkdaşı Səbinə Eminayeva Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında - yeniyetmə, gənc və yaşlılarda yüksək vətənpərlik duyğuları aşıladığını çıxışında qeyd etmişdir.  Daha sonra Nizami adına şəhər 1 saylı məktəbin tarix müəllimi Altay müəllim öz çıxışında bayrağımızın milli qürur mənbəyi, üçrəngli bayrağın milli birliyin təcəssumu olduğunu qeyd etdi. Mərkəzin əməkdaşı Rəisət Şərifova bayrağımızın keçdiyi şanlı tarixindən bəhs etmişdir. Daha sonra “Bayraq altında” filmi nümayiş olundu.

 

30.6 KB

 

27.3 KB

 

34.6 KB