Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qax rayon Heydər Əliyev Mərkəzinin kollektivi 2 saylı tam orta məktəb-liseyin 11-ci sinfində “9 noyabr - Bayraq Günüdür” adlı tədbir təşkil etmişdir

07.11.2018

07.11.2018-ci il tarixində Qax rayon Heydər Əliyev Mərkəzinin kollektivi 2 saylı tam orta məktəb-liseyin 11-ci sinfində “9 noyabr - Bayraq Günüdür” adlı tədbir təşkil etmişdir.  

Tədbiri giriş sözüylə açan Mehdili Nazlı qeyd etdi ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qanun layihəsi qəbul etmişdir. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qanunda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin". Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.  Daha sonra Aygün Sayadlı çıxış edərək qeyd etdi ki,  bayraq deyilən məhfumun xalqımız, millətimiz üçün  digər milli rəmzlərimiz kimi müqəddəs və dəyərlidir. Hər bir xalq öz rəmzlərinə hörmət etməli onu sevməlidir. Çünki bu bizim keçmişimizin, tariximizin əmanəti, millət kimi varlığımızın təcəssümüdür. Lalə Nəcəfova şagirdlərə bayrağımız haqqında müxtəlif suallar verdi. Ülvi Həsənov adlı şagird öz fəallığı ilə seçilirdi. Bu tədbir şagirdlər üçün yadda qalan və maraqlı oldu. Onlar həm bu gün haqqda olan biliklərini yenilədilər, həm də bu mövzuda yeni məlumatlar əldə etdilər. Məktəbin foyesində bayraq günü ilə əlaqədar sərgi nümayiş olunmuşdu.

 

36.9 KB

 

43.8 KB

 

43.7 KB