Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qax rayon MKS-nin Ağçay kənd kitabxanasında ”Sabahın rəngləri” adlı tədbir keçirilmişdir

06.11.2018

Qax rayon MKS-nin tabeliyindəki kitabxana müəssisələrində  “Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir. Hər il olduğu kimi bu il də 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edilib. Aylıq çərçivəsində uşaq hüquqları mövzusunda maarifləndirici tədbir, “dəyirmi masa”, treninq-seminar, müsabiqə və sərgilər təşkil olunur. 06.11.2018-ci il tarixində Qax rayon MKS-nin Ağçay kənd kitabxanasında "Sabahın rəngləri" adlı tədbir keçirilmişdir. Tədbirdə məktəblilər, müəllimlər iştirak edirdi. Məktəb direktoru F.Rzayev, kitabxanaçı S.Abakarova, müəllimə  Z.Maksudova çıxış edərək Uşaq Hüquqları Bəyannaməsi, Uşaq Hüquqlarına dair Konvensiya haqqında, uşaq hüquqlarının qorunması təkcə dövlətin deyil, həm də cəmiyyətin işi olmalıdır deyə məktəblilərə məlumat vermişlər. Tədbir zamanı uşaq hüquqlarına dair səhərcik, kompazisiya və video çarx nümayiş olundu. Uşaq hüquqları insan hüquqları anlayışının içində ələ alınması lazım olan bir mövzudur. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, xalqımıza da öz əks təsirini göstərmişdir. Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağa görə yaranmış münaqişə ən faciəli və mürəkkəb münaqişələrdən biridir və bu münaqişə zamanı minlərlə azərbaycanlı uşağın hüquqları pozulması ilə nəticələnmişdir.

Tədbirdə  əsas məqsəd təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətinin başlıca məqsədi uşaqların hüquqlarının qorunması, dövlət rəmzlərimizə, tairixmizə, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşan vətənpərvər layiqli vətəndaş kimi yetişdirilməsidir. 

 

40.9 KB

 

36.5 KB

 

32.2 KB