Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Uşaq evində Yeni İl keçirildi

29.12.2017

29 dekabr 2017-ci ildə Şəkidə fəaliyyət göstərən “Əfqan holdinq”in əməkdaşları ilə M.F.Axundzadə adına şəhər Mədəniyyət Mərkəzinin birgə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  və Yeni İl münasibəti ilə tədbir keçirilmişdir. Uşaq evinin müəlliməsi Gülnar xanım və Mədəniyyət Mərkəzinin bədii rəhbəri Rəşad müəllimin aparıcılığı ilə keçirilən tədbirdə firmanın əməkdaşı Ziyanur Abbasov çıxış edərək uşaqların bayramını təbrik etmiş, onlara arzularını bildirmiş və holdinqin adından Uşaq  evinin müdiri İlhamə xanıma və kollektivə minnətdarlıq etmişdir. Tədbirdə Qoxmuq kənd folklor evinin instrumental ansamblının müşaiyəti ilə müğənnilər Cabir Camalov və Elbrus Məmmədovun ifasında şən mahnılarla davam etmişdir. Həmçinin Qarışıq Tipli Uşaq evi və orada müvəqqəti yerləşmiş internat məktəbinin uşaqları da çıxışları ilə hər kəsin diqqətini cəlb etmişdir. Şaxta babanın gəlişi uşaqların böyük sevincinə səbəb olmuşdur. Sonda holdinqin təşkil etdiyi bayram hədiyyələri uşaqlara  təqdim olunmuşdur.

 

213.3 KB

 

239.9 KB

 

228.9 KB