Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki Dövlət Rəsm Qalereyasında Mikayıl Müşfiqin 110, İsa Muğannanın 90 illik yubileyi münasibətilə “Poeziyamızın inciləri” adlı sərgi təşkil olundu

29.10.2018

2018-ci ildə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi və Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, Xalq yazıçısı İsa Muğannanın isə anadan olmasının 90 illiyi tamam olur.

Mikayıl Müşfiq Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir, sevgi və gözəlliyi tərifləyən şeirlərin müəllifidir. M.Müşfiqin adı 1930-cu illər totalitarizmin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında qalmaqdadır.

Müasir Azərbaycan nəsrinin yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olan İsa Muğannanın yaradıcılığı bötövlükdə ana dilinə həssas yanaşmanın və onun poetik imkanlarından yüksək sənətkarlıqla bəhrələnmənin qiymətli nümunəsidir. O,  Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuş bir çox filmin ssenari müəllifi olmuşdur.

Hər iki ədibin yubileyi münasibətilə qalereyada “Poeziyamızın inciləri” adlı sərgi təşkil olundu. Sərgidə uşaq incəsənət məktəbi şagirdlərinin mövzu ilə bağlı rəsmləri nümayiş edildi. Sərgidə 2 saylı orta məktəbin şagirdləri iştirak etdilər. Rəsm əsərləri şagirdlərin marağına səbəb oldu.

 

177.7 KB

 

108.7 KB

 

161 KB